Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:43

Ziyarətdən qayıdan Naxçıvan sakinləri qəzaya uğrayıb


Qəza iyunun 21-də səhər saatlarında baş verib
Qəza iyunun 21-də səhər saatlarında baş verib

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd sakinləri İranın Məşhəd şəhərindən ziyarətdən qayıdarkən qəzaya düşüblər. Avtobus Tehran yaxınlığında iyunun 21-də səhər saatlarında qəzaya uğrayıb. Avtobusun içərisində 25 Vənənd kənd sakini olub.


Ziyarətdən qayıdanların «Azadlıq» radiosuna verdiyi məlumata görə qəza nəticəsində iki nəfər ölüb, birinin vəziyyəti ağır olmaqla 9 nəfər yaralanıb.


Ölənlərdən 78 yaşlı Bakı şəhər sakini Rubabə Yusifovanın və 65 yaşlı kənd sakini Məhəmməd Rzayev dəfn edilib.


Qəzada 12 yaşlı uşağın ağır yaralandığı deyilir. O, Tehran xəstəxanasında əməliyyat olunub, vəziyyəti orta ağırdır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG