Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:34

Həbsdə olan jurnalistlərə yardım kampaniyası başlanacaq


Həbsdə olan jurnalistlərin ailələrinə yardım marafonu 1 ay davam edəcək

Həbsdə olan jurnalistlərin ailələrinə yardım marafonu 1 ay davam edəcək

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu həbsdə olan jurnalistlərin ailə üzvlərinə maddi yardım məqsədi ilə umumrespublika marafonu keçirmək niyyətindədir. Bu barədə həmin institutun rəhbəri Emin Hüseynov açıqlama verib. Onun sözlərinə görə, marafon təqribən 1 ay davam edəcək və toplanan vəsait Milli Mətbuat Günü ərəfəsində həbsdə olan 7 jurnalistlərin hər birinin ailəsinə təqdim ediləcək: «Çünki, bu bir il ərzində həbsxanalara gedib-gəlmək onların vəziyyətlərini bir qədər də ağırlaşdırıb. Biz istəyirik ki, onlara kömək edək».


Emin Hüseynov deyir ki, onlar yaxın bir neçə gün ərzində marafonun təşkili ilə bağlı işçi qrup yaratmaq fikrindədirlər. Bu məqsədlə açılacaq bank hesabı ilə bağlı qəzetlərdə elanlar yerləşdiriləcək. O, marafona qoşulmaq məqsədi ilə ziyalılara, hüquq müdafiəçilərinə və ictimaiyyətin fəal nümayəndələrinə ayrı-ayrılıqda müraciət edəcəklərini də istisna etmir. Emin Hüseynov deyir ki, bir çox beynəlxalq təşkilatları da bu kompaniyaya qoşmaq niyyətindədirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG