Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:42

«Bu ilin sonuna kimi Azərbaycanın müdafiə sənayesi istehsala başlayır»


İlham Əliyev: «Heç kimə sirr deyil Azərbaycan hər cür texnika, hərbi sursat alır»
İlham Əliyev: «Heç kimə sirr deyil Azərbaycan hər cür texnika, hərbi sursat alır»

Bu ilin sonuna qədər Azərbaycan müdafiə sənayesi hərbi avadanlıqlar istehsal etməyə başlayacaq. Bunu prezident İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində məzunların buraxılış mərasimində çıxışında bildirib.


«Heç kimə sirr deyil Azərbaycan hər cür texnika, hərbi sursat alır. Amma bununla belə dövlətin özü də istehsala başlamaq fikrindədir».


Prezident yaxın illərdə Azərbaycanın imkanlarının daha da artacağını bildirib. Onun sözlərinə görə beynəlxalq təşkilatlar yaxın iyirmi ildə Azərbaycanın təkcə neftdən 200 milyard dollar gəlir əldə edəcəyini söyləyirlər.


«Nəzərə alsaq ki, Azərbaycanın əsas problemi təkcə Qarabağ problemidir. Bütün imkanları bu problemin həllinə yönəldəcəyik. Ermənistanda bunu çox gözəl bilməlidirlər. Onlar bilməlidirlər ki, gec-tez bu məsələ Azərbaycanın xeyrinə həll olunacaq».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG