Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:10

Jurnalistlərin iyunun 23-ə təyin etdikləri yürüş-mitinqi təxirə salına bilər


Buna səbəb meriyanın yenə də redaktorların istədiyi meydanda aksiya keçirməsinə razılıq verməməsidir. «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidov deyir ki, onlar meriyaya Dakar meydanında aksiya keçirmək üçün müraciət ediblər, meriya yenə də onlara Ukrayna meydanını təklif edib.


Baş redaktor deyir ki, iyunun 22-də Mitinq Komitəsinin iclası keçiriləcək və atılacaq addımlarla bağlı konkret qərarlar qəbul ediləcək.


Jurnalistlərin Mitinq Komitəsi iyunun 23-də metronun «Neftçilər» stansiyası yaxınlığındakı Dakar meydanından Heydər Əliyev adına Neft Emalı Zavodunun yanındakı meydanadək yürüş-mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətə yürüş-mitinqin marşurutunu dəyişdirmək şərtilə müsbət cavab verilib. Meriya jurnalistlərə aksiyanı metronun «Həzi Aslanov» stansiyası yaxınlığından Ukrayna dairəsinədək keçirməyi təklif edib.


XS
SM
MD
LG