Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:35

Ötən ilin may aksiyalarında həlak olan daha bir gəncin adı məlum olub


2006-cı ilin may aksiyaları

2006-cı ilin may aksiyaları

«Media forum» saytının iyunun 20-də yaydığı xəbərə əsasən 2006-cı ilin mayında İran Azərbaycanda keçirilən etiraz aksiyalarında təhlükəsizlik idarəsi ETTELAAT əməkdaşlarının qətlə yetirdiyi fəallardan daha birinin adı məlum olub.


İran Azərbaycandakı mənbələrdən alınan bu məlumata görə, qətlə yetirilmiş təbrizli gənc fəal, Şəbüstər Universitetinin tələbəsi Sina Tariqdir.


Bu məlumata əsasən S.Tariqin atası Təbriz bazarında xalça ticarəti ilə məşğul olur. O, ETTELAAT-ın hədələri nəticəsində oğlunun qətlə yetirilməsi xəbərini uzun müddət gizlədib.


Xəbərdə bildirilir ki, bir il sonra məsələni dilə gətirən ata oğlunun meyitini ETTELAAT əməkdaşlarından təhvil aldığını və bu barədə heç kimə məlumat verməmək barədə xəbərdarlıq aldığını söyləyib. Sina Tariqin atasına bildiriblər ki, oğlunun ölüm xəbərini yaysa, ailəsini müxtəlif təhlükələr gözləyəcək. Məhz bu təhdiddən ehtiyatlanan fəalın ailəsi bu günə qədər susmaq məcburiyyətində qalıb.


XS
SM
MD
LG