Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:48

Bayılda neft quyusunda baş vermiş partlayış insan tələfatı ilə nəticələnib.


Bayıl ərazisində yerləşən və Bibiheybət Neft-qaz Çıxarma idarəsinə məxsus 303878 saylı quyuda baş vermiş partlayış insan tələfatı ilə nəticələnib. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bu sözləri «Turan»ın müxbiri ilə söhbətində söyləyib.


Onun sözlərinə görə, iyunun 21-də baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, 2 nəfər isə ağır yaralanıb. Mirvari Qəhrəmanlı Fövqəladə Hallar Nazirliyinə məxsus uyğun qurumların əməkdaşlarının hadisə yerində olduqlarını bildirib.


Bibiheybət NQÇİ-də faktı təsdiqləyiblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG