Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:08

Rusiya Kosovoya dair BMT Təhlükəsizlik Şurasının yeni qətnamə layihəsini rədd edib


ABŞ, Böyük Britaniya və Fransanın BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi Kosovoya dair yeni qətnamə layihəsini Rusiya rədd edib.


Sənəddə diyarın gələcək statusu haqda qərarın qəbulunu dörd ay təxirə salmaq nəzərdə tutulurdu. Məqsəd Kosovo albanları və serb liderlərinə əlavə danışıqlar aparmaq imkanı yaratmaqdı.


Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin qətnamə layihəsini Moskva üçün «qəbuledilməz» adlandırıb.


Rusiya Kosovoya Serbiyadan müstəqillik verilməsinin əleyhinədir. Qərb ölkələrinin dəstəklədiyi plan isə əksinə, diyarın beynəlxalq nəzarət altında faktiki müstəqilliyini nəzərdə tutur.


XS
SM
MD
LG