Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:05

«Mətbuatla münasibətlərin normallaşdırılması sosial sifarişdir»


YAP-ın təşəbbüsü ilə «Mətbuat və cəmiyyət» mövzusunda keçirilən konfrans

YAP-ın təşəbbüsü ilə «Mətbuat və cəmiyyət» mövzusunda keçirilən konfrans

«Ölkədə reket jurnalistika o qədər artıb ki, cəmiyyətdə mətbuata inamsızlıq yaranıb»- bunu Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyir. Onun sözlərinə görə MŞ-na jurnalistlərlə bağlı daxil olan şikayətlərin əksəriyyəti isə şərəf və ləyaqətin pozulması ilə bağlıdır.


Şura sədri hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə iyunun 21-də «Mətbuat və cəmiyyət» mövzusunda keçirilən konfransda çıxış edib. Onun sözlərinə görə, cəmiyyət və mətbuat arasında münasibətlərin normallaşdırılması sosial sifarişdir.


Cənab Amaşov mətbuatın qarşılaşdığı problemləri sadalayıb. O, ilk növbədə həbsdə olan jurnalistlərin dərhal azadlığa buraxılmasını, 147-ci maddənin Cinayət Məcəlləsindən çıxarılmasını, «Diffamasiya haqqında» qanunun qəbul edilməsinin vacibliyini bildirib. Şura sədri jurnalistlərin mənzil problemlərinin həllini təklif edib.


Tədbirdə Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmli, qəzet baş redaktorları, deputatlar, diplomatik korpusun nümayəndələri iştirak edirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG