Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:03

«Xəzər danışıqları iflasa uğradı»


«Azadlıq» qəzeti: «İşgəncə verdiyinə görə son illər heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb»
«Azadlıq» qəzeti: «İşgəncə verdiyinə görə son illər heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb»

«Bakı dağılmaqda olan şəhərlər siyahısına düşdü»- «Azadlıq» qəzetinin 21 iyun tarixli sayı bu məqalə ilə açılır. Qəzet «Jonde Nast Traveler» jurnalının dünyada dağılmaqda olan şəhərlər barədə araşdırmasını dərc edib: «Paytaxtımız dünyanın məhv olmağa namizəd 20 bölgəsi sırasında birinci onluqda qərarlaşıb».


Bundan əlavə səhiyyə sistemində islahatlar, yay mövsümündə çimərliklərin çirklənmə problemlər barədə məqalələr də qəzetdə yer alıb. 4-cü səhifədə hüquq müdafiəçisi Elçin Behbudovun müsahibəsi yerləşdirilib. O, ölkədə dəhşətli işgəncə faktlarının olduğunu bildirir: «İşgəncə verdiyinə görə son illər heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb».


«Ayna» yazır ki, «Xəzər danışıqları iflasa uğradı»: «Tehran sammitinin yekunları ilə bağlı açıqlamalarda vurğulanmasa da, ehtimal etmək olar ki, Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsinin dövlət başçılarının sammitinə qədər hazır olmayacağı ilə bağlı deyilənlər İranın mövqeyi ilə bağlıdır. İran Xəzərin beş sahilyanı ölkə arasında bərabər bölünməsində təkid edir. Lakin Xəzər hövzəsinin digər dövlətləri dənizin sahil xəttinin uzunluğundan asılı olaraq sektorlara bölünməsində təkid edirlər. İranın sahil xəttinin uzunluğu isə bütün dövlətlərdən azdır».


«525-ci qəzet»də yazır ki, «Xəzərin statusu ilə bağlı razılıq əldə olunmadı». Qəzetin xarici işlər nazirlərinin sammitindən bəhs edən yazısında bildirilir: «Rusiya tərəflər arasında ziddiyyətləri nəzərə alaraq hələlik statusla bağlı «aralıq sənəd» qəbul olunmasını təklif edir».


«Mədəniyyət» rubrikasında isə keçmiş xarici işlər naziri, Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyevin Əhməd Ağaoğlunun irsi barədə məqaləsi dərc olunub.


«GUAM-ın Bakıda keçirilən zirvə görüşü onun getdikcə artan beynəlxalq nüfuzunun təsdiqidir»-Milli Məclisin orqanı olan «Azərbaycan» qəzetinin 21 iyun sayının manşeti dəyişməz qalıb. Qəzet GUAM dövlət başçılarının Bakıda keçirilən sammitinin materiallarının işıqlandırılmasına geniş yer ayırıb.


Bundan əlavə «iqtisadiyyat və sosial həyat» rubrikasında «Astara-gözəlliklər məskəni» adlı geniş məqalə diqqəti cəlb edir. Yazıda deyilir ki, «regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrası çərçivəsində rayonda 4 mindən çox yeni iş yeri açılıb».


«Yeni Müsavat»ın budəfəki sayında Qobustan həbsxanasında məhbusların aclıq aksiyasına başladığı bildirilir. Aksiyaya qoşunların sayı barəsində müxtəlif rəqəmlər səslənsə də qəzet onların 200 nəfər olduğunu yazır. Manşet yazısında həmçinin Azərbaycanda yaxşı tanınan «Lotu Quli» ləqəbli Nadir Səlifovun qətlə yetirildiyi barədə xəbər yayılması bildirilir.


«Almaniyada Azərbaycanda baş verənlərdən narahatdırlar»-Müsavat başqanı İsa Qəmbərin Almaniya səfərin barədə qəzetə müsahibə verib.


Qəzet 4-cü səhifəsində sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin məhkəmə prosesindən reportaj yerləşdirib.


«Ekspress»in bugünkü sayının baş məqaləsi isə uzun fasilədən sonra keçirilən bəstəkarların qurultayına həsr olunub. Qəzet bildirir ki, «bəstəkarların qurultayı qalmaqallı keçdi».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG