Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:50

Gürcüstan saxlanılan plutoniumu Azərbaycana qaytarıb


Gürcüstan-Azərbaycan sərhədində bu insident iyunun 18-də baş verib

Gürcüstan-Azərbaycan sərhədində bu insident iyunun 18-də baş verib

Gürcüstan gömrükçüləri Azərbaycandan berilli və plutonium çıxarmağa çalışan qaçaqmalçıları tutublar. İnsident iyunun 18-də baş verib.


Nüvə silahının hazırlanmasında istifadə olunan radioaktiv materiallar aşkarlanandan sonra yük maşınının sürücülərinə kontrabanda ilə birlikdə Azərbaycana qayıtmaq tapşırılıb. Hərçənd, Gürcüstan qanunvericiliyinə əsasən, radioaktiv materiallarla qaçaqmalçılıq cinayət sayılır. Məlumatı «Reuters» agentliyi yayıb.


Sərhəddəki hadisə barədə Azərbaycan hakimiyyətinin xəbərdar edilib-edilmədiyi haqda məlumat verilmir.


Gürcüstan Ekologiya Nazirliyi Radiasiya Departamenti isə gömrükçülərin bu hərəkətini radioaktiv maddələrin saxlanması üçün vəsait çatışmazlığı ilə izah edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG