Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:53

Alan Constonun Fələstində oğurlanmasından 100 gün keçir


Aksiyada «Turan» İnformasiya Agentliyinin əməkdaşı iştirak edib

Aksiyada «Turan» İnformasiya Agentliyinin əməkdaşı iştirak edib

İyunun 20-si BBC müxbiri Alan Constonun Fələstində oğurlanmasından 100 gün keçir. Bununla bağlı «Sərhədsiz Reportyorlar» təşkilatı Parisdə jurnalistin dərhal azad olunması tələbi ilə etiraz aksiyası keçirib. Aksiyada dünyanın 100 Kütləvi İnformasiya Vasitəsinin təmsilçisi iştirak edib, onlar arasında «Turan» İnformasiya Agentliyinin əməkdaşı da olub.


Aksiya Eyfel qülləsi yaxınlığındakı Şamdemar parkında olub. Aksiya iştirakçıları əllərində Alan Constonun portretini və onun, həmçinin İraqda oğurlanmış 14 digər jurnalistin azad olunması tələbi ilə şüarlar tutublar. Etiraz tədbirinə qatılan KİV-lərin loqoları da göstərilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG