Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:15

Qəbələ RLS-dən birgə istifadə Ermənistanda da müzakirə olunub


«Regnum» agentliyinin məlumatına görə, bu barədə məsələni iyunun 20-də Yerevanda NATO Baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmonsla görüşdə Ermənistan xarici işlər naziri Vartan Oskanyan qaldırıb. Oskanyan bildirib ki, Avropada Hava Hücumundan Müdafiə Sisteminin qurulmasından söhbət gedirsə, bu Avropa və Amerika Birləşmiş Ştatları arasında olan bir məsələdir, amma Azərbaycan ərazisindəki Qəbələ RLS-dən birgə istifadədən söhbət gedirsə, bu Ermənistanı narahat etməyə bilməz. «Əlbəttə bizdə belə bir haqlı sual meydana çıxır ki, regionun təhlükəsizliyindən söhbət getdiyi bir halda bu balans necə qorunacaq. Mən bu məsələni Robert Simmonsla görüşdə qaldırdım ki, NATO-nun bu məsələdə mövqeyinin necə olmasına aydınlıq gəlsin».


Vartan Oskanyanın sözlərinə görə, cənab Simmons da bildirib ki, NATO baş katibi bu layihənin NATO-nun maraqlarına cavab verib-verməməsi ilə bağlı çıxış edəcək.


İyunun 7-də Almaniyada «Səkizlər» in sammitində Rusiya prezidenti Vladimir Putin Azərbaycan ərazisində yerləşən Qəbələ RLS-dən Amerika ilə birgə istifadənin mümkünklüyü barədə təkliflə çıxış edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG