Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:54

Azərbaycan və Rusiya Qəbələ RLS-lə bağlı daha bir saziş imzalayıblar


Rusiya və Azərbaycan Qəbələ RLS-i üzrə sazişin icrası üzrə səlahiyyətli nümayəndələrin statusu barədə protokolu imzalayıblar. Bu barədə RİA Novosti agentliyinə müsahibəsində Rusiya müdafiə nazirinin müşaviri İlşat Bayçurin bildirib.


«Protokolu Moskvada keçən MDB müdafiə nazirləri şurasının iclasında iki ölkənin müdafiə nazirləri Səfər Əbiyev və Anatoli Serdyukov imzalayıblar», deyə Bayçurin bildirib.


Qəbələ RLS-i üzrə Rusiya-Azərbaycan sazişi 2002-ci ildə 10 il müddətinə bağlanıb. RLS-in istifadəsi üçün icarə haqqı ildə 7 milyon dollar təşkil edir. «Böyük Səkkizliy»in sammitində Rusiya prezidenti amerikalı həmkarına Qəbələ RLS-dən birgə istifadə ilə bağlı təklif edib.


XS
SM
MD
LG