Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:31

Şamaxıda təmir işləri zamanı orta əsrə aid yaşayış məskəni aşkarlanıb


«Azərenerji» Açıq Tipli Səhmdar Cəmiyyəti Şamaxı rayonu ərazisində tikinti-təmir işləri apararkən iyunun 20-də orta əsr aid yaşayış məskəni, qədim qəbir abidələri və mis pul dəfinəsi aşkarlanıb. Bu barədə «Trend»ə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli məlumat verib.


Onun sözlərinə görə, tikinti-təmir işləri zamanı Şamaxının Nağaraxana kəndi ərazisində orta əsr yaşayış məskəni, qədim qəbir abidələri və mis pul dəfinəsi dağıdılıb. Fakt aşkarlandıqdan dərhal sonra Mədəniyyət və Turizm Nazirliyi işi dayandırıb. Hazırda nazirliyin və institutun ekspertləri hadisə yerinə gediblər.


Müseyibli bildirib ki, yaranmış vəziyyətlə bağlı «Azərenerji»yə etiraz məktubu göndərilib. Onun sözlərinə görə, hər bir təşkilat tikinti və qazıntı işləri aparmazdan öncə ərazinin arxeologiyasını öyrənmək üçün müvafiq qurumlara müraciət etməlidir.


«Azərenerji»-dən bildiriblər ki, Şamaxıda elektrik-ötürücü xətlərində bərpa işləri aparılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG