Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:14

Qazaxıstan prezidenti parlamentin aşağı palatasını buraxıb


Qazaxıstan prezidenti Nursultan Nazarbayev parlamentin aşağı palatasının səlahiyyətlərinin vaxtından qabaq dayandırıldığını elan edib. Erkən seçkiləri avqustun 18-ə təyin edib.


Öz qərarını Nazarbayev bir qrup deputatın müraciəti ilə əsaslandırıb, onlar deyiblər ki, prezidentin təklif etdiyi konstitusiya islahatını yubatmaq istəmirlər.


Bu yaxınlarda Qazaxıstan parlamenti ölkə Konstitusiyasına düzəlişlər edib. Düzəlişlər yalnız 2009-cu ildə, növbəti parlament seçkilərindən sonra qüvvəyə minməli idi.


XS
SM
MD
LG