Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:22

Qobustanda yenidən aclıq aksiyasının başlandığı deyilir


Məhbuslar onların probleminin AŞPA-nın diqqət mərkəzində olmasını istəyirlər

Məhbuslar onların probleminin AŞPA-nın diqqət mərkəzində olmasını istəyirlər

İyunun 20-də Qobustan həbsxanasında ömürlük həbs cəzası almış məhbuslardan 50-si aclıq aksiyasına başlayıb. Bu barədə «Azadlıq» radiosuna həmin məhbuslardan birinin, Əli Quliyevin bacısı Səmayə Quliyeva məlumat verib. Onun sözlərinə görə, məhbusların tələbi ömürlük həbs cəzasının müddətli cəza ilə əvəzlənməsilə bağlıdır.


Aclıq aksiyasının indi keçirilməsi də səbəbsiz deyil. Səmayə Quliyeva deyir ki, bu AŞPA-nın iyunun 26-dan 29-a qədər davam edəcək sessiyası ilə bağlıdır. Məhbuslar onların problemlərinin sessiyanın diqqət mərkəzində olmasını istəyir. Bundan əvvəlki aclıq aksiyasının da AŞPA-nın sessiyası ərəfəsində keçirildiyini deyən Səmayə Quliyevanın sözlərinə görə, indiyə qədər bu məsələyə baxılmayıb.


Ömürlük həbsə məhkum olunmuş Şakir Rzaxanovun anası Müslümət Rzaxanova isə aclıq aksiyasına başlayanların 60 nəfərə yaxın olduğunu deyir. Müslümət Rzaxanova deyir ki, məhbuslar AŞPA-nın ötən sessiyasında Azərbaycan hökumətinə onların işinə ayrı-ayrılıqda baxılması ilə bağlı etdiyi tövsiyənin yerinə yetrilməməsinə etiraz edirlər.


Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin şöbə müdiri Rafiq Ramazanov isə deyir ki, ömürlük məhbusların aclıq aksiyasına başlaması haqda onlarda dəqiq məlumat yoxdur.


Günün bütün mövzuları

XS
SM
MD
LG