Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:50

Dünyada yeni iş yerlərinin yarısı dörd ölkədə açılır


2000-2006-cı illərdə dünyada yeni iş yerlərinin 45 faizi dörd böyük inkişaf etməkdə olan ölkədə - Braziliya, Hindistan, Çin və Rusiyada yaradılıb. Birlikdə dünya iqtisadiyyatının ümumi həcminin dörddə biri onların payına düşür.


Dünyanın sənayecə ən inkişaf etmiş 30 ölkəsini birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının əmək bazarının vəziyyəti haqda növbəti hesabatında belə deyilir.


Həmin dörd ölkədə yeni iş yerlərinin yarısından çoxu Hindistanda yaradılıb-hər il 11,3 milyondan çox. Çində - ildə 7 milyon, Braziliyada-2,7 milyon, Rusiyada isə 700 min.


Günün bütün mövzuları

XS
SM
MD
LG