Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:39

Əhalinin yaşlaşması iqtisadi böhran yaradacaq


Azərbaycan da daxil olmaqla doqquz ölkədə sakinlərin beşdə birinin yaşı 65-dən yuxarı olacaq
Azərbaycan da daxil olmaqla doqquz ölkədə sakinlərin beşdə birinin yaşı 65-dən yuxarı olacaq

2025-ci ilə qədər Şərqi Avropa və keçmiş Sovet İttifaqı ölkələrində əhalinin yaşlaşması iqtisadi böhran yaradacaq. Bunun qarşısını almaq üçün pensiya və səhiyyə islahatları aparılmalıdır. Bu fikirlər Dünya Bankının açıqlanan yeni hesabatında yer alıb.


Hesabata görə, 2025-ci ilə qədər bu ölkələrdə əhali dünyada ən yaşlıların sırasında olacaq. Azərbaycan da daxil olmaqla doqquz ölkədə sakinlərin beşdə birinin yaşı 65-dən yuxarı olacaq.


Bu da regionun iqtisadi uğurlarına təhlükə yaradacaq. «İndi Şərqi Avropa və keçmiş Sovet İttifaqı-Rusiyadan tutmuş Albaniyaya kimi 28 ölkə sürətlə qocalmanın fəsadları ilə üz-üzədirlər. Bu ölkələrdə əhali nisbətən yoxsul yaşayır, əsl bazar iqtisadiyyatına keçilməyib».


Dünya Bankı həmin ölkələri iqtisadi keçid dövrünü sürətləndirməyə, demoqrafik dəyişikliklərlə bağlı uzun müddətli islahatlar aparmağa çağırır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG