Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:31

«Beslan həqiqəti»: Milis məktəbdə terror hazırlandığını bilirmiş


Beslandakı terrorda 185 uşaq ölüb. Bundan başqa 145 nəfər şəhər sakini həlak olub
Beslandakı terrorda 185 uşaq ölüb. Bundan başqa 145 nəfər şəhər sakini həlak olub
«Beslan həqiqəti» İnternet-saytında dərc olunan sənədlər sübut edir ki, Rusiyanın güc strukturları Beslan məktəbində terror aktı hazırlandığını əvvəlcədən biliblərmiş.

2004-cü il avqustun sonunda Beslanın Pravoberejnı rayon milis şöbəsində məlumat olub ki, yaraqlılar Çeçenistan və İnquşetiya tərəfdən Şimali Osetiya sərhədlərinə doğru irəliləyirlər. Məlumatda təhlükəsizlik tədbirləri görməyin zəruriliyi qeyd olunurdu.


Bu barədə sənədlər səhlənkarlıqda təsirləndirilən milis əməkdaşlarının məhkəməsində sübut kimi təqdim olunub. Amma milislər əfv olunublar.


2004-cü ilin sentyabrında terrorçular Şimali Osetiyanın Beslan şəhərindəki məktəbdə 1128 nəfəri girov götürüblər. Terror aktında 185 uşaq ölüb. Bundan başqa 145 nəfər həlak olub, 728 şəhər sakini və güc strukturlarının 55 əməkdaşı yaralanıb.


Bu terrora görə məsuliyyəti öz üzərinə çeçen səhra komandiri Şamil Basayev götürmüşdü.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG