Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:13

«Realnı Azerbaydjan»ın bütün əməkdaşları MTN-ə çağırılacaqlar»


Çingiz Sultansoy MTN-də ifadə verib
Çingiz Sultansoy MTN-də ifadə verib

İyunun 19-da «Realnı Azerbaydjan» qəzetinin redaktoru Çingiz Sultansoy «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev barəsində Cinayət Məcəlləsinin 214-cü maddəsi əsasında açılmış cinayət işi üzrə şahid qismində MTN-in Baş İstintaq İdarəsində ifadə verib.


Çingiz Sultansoy «Media Forum» saytına bildirib ki, müstəntiqlə sual-cavab 2 saat çəkib: «Müstəntiq bir çox suallar verdi. «Realnı»da Rövşən Bağırovun müəllifliyi ilə dərc olunan «Aliyev idyot na voynu» yazısı ilə bağlı yalnız 2 sual verildi. Digər suallar «Realnı»da çalışanlar, qəzetin ştatı, əməkdaşların maaşları barədə oldu».


Jurnalistə deyiblər ki, şahid qismində «Realnı»da çalışan bütün əməkdaşlar nazirliyə sorğu-suala çağırılacaqlar. «Amma indiyə qədər kimin ora çağırıldığını, kimin ifadə verdiyini bilmirəm».


Çingiz Sultansoy MTN-də sorğu-sual zamanı terrorla bağlı ona heç bir sualın verilmədiyini, izahata imza atdığını deyib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG