Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:36

«Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım Fondu» fəaliyyətə başladı


İyunun 19-dan «Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım Fondu» fəaliyyətə başlayıb. Fondu Azərbaycan Jurnalistlər İttifaqı, Demokratik Jurnalistlər Liqası, «Yeni Nəsil» Jurnalistlər Birliyi və Nəcəf Nəcəfov Fondu təsis edib.


Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli bildirib ki, son zamanlar azad mətbuata basqılar və jurnalistlərin fiziki zorakılıqlara məruz qalmaları faktlarının artdığından belə bir fondun yaradılması zərurətə çevrilmişdi. Onun sözlərinə görə, bir il fəaliyyət göstərəcək fondu Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyələşdirəcək.


Fondun ilkin kapitalın 10 min dollar həcmindədir. Fondun əsasnaməsinə görə, söz azadlığı və jurnalistlərin müdafiəsi prinsiplərini əsas götürərək, peşə fəaliyyətilə bağlı qətlə yetirilən jurnalistin ailəsinə, müdaxilə nəticəsində fəaliyyətində fasilə yaranan KİV əməkdaşlarına, həbs edilmiş jurnalistlərin ailəsinə, məhkəmə prosesinə cəlb olunmuş jurnalistlərin müdafiəsinin təşkilinə, peşə borcunu yerinə yetirərkən xəsarət almış jurnalistlərin müalicəsinə maliyyə yardımı göstəriləcək.


Fond yalnız ona müraciət edən jurnalistlər və ya onların rəsmi nümayəndələrinin ərizələrinə baxacaq. Edilən maliyyə yardımları ilə bağlı ayda bir dəfə KİV-də hesabat veriləcək. Bundan başqa müraciət edən jurnalistlərə hüquqi yardım da göstəriləcək.


XS
SM
MD
LG