Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:57

GUAM dövlət başçıları Bakı bəyannaməsi imzalayıblar


Sammitdə ölkələrin müxtəlif sahələr üzrə inkişafı strategiyası qəbul edilib
Sammitdə ölkələrin müxtəlif sahələr üzrə inkişafı strategiyası qəbul edilib

GUAM dövlət başçıları iyunun 19-da Bakı bəyannaməsini imzalayıblar.


Sənədi Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Viktor Yuşşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili və Moldovanın Baş naziri Vasili Tarlev imzalayıblar.


GUAM-ın ikinci sammitində təşkilata sədrlik Ukraynadan Azərbaycana keçib.


GUAM-ın sahələr üzrə inkişafı strategiyası da qəbul edilib.


Tərəflər həmçinin Demokratiya və iqtisadi inkişaf təşkilatı-GUAM-ın imtiyaz və immunitetləri barədə saziş, nüvə və radiasiya təhlükəsizliyi məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım üzrə GUAM ölkələri hökumətləri arasında memorandum, GUAM ölkələri hökumətləri arasında beynəlxalq multimodal yük daşımaları barədə saziş, həmçinin GUAM ölkələri arasında mədəniyyət sahəsində 2007-2010-cu illərə dair Protokol imzalayıblar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG