Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:18

«Lənkəran» TV-nin fəaliyyəti dayandırıldı


Milli Televiziya və Radio Şurasının qərarı ilə iyunun 18-dən «Lənkəran» TV öz fəaliyyətini dayandırıb. Bu barədə «Media forum» saytına məlumat verən Milli Teleradio Şurasının mətbuat xidmətinin rəhbəri Mehdi Məmmədov bildirib ki, «Lənkəran» TV-nin yayıldığı tezlik üzrə müsabiqə elan edilib: «Lənkəran» TV-nin təsisçiliyinin 70 faizinə rəhbərlik edən şəxs bu müsabiqəyə qatıla bilər. Amma əvvəlki şirkət müsabiqədə iştirak edə bilməz».


«Lənkəran»TV regional kanalı 1994-cü ildə yaradılıb. Gündə 6 saat efirə çıxıb. Verilişləri yalnız Lənkəran ərazisinə yayımlanıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG