Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:22

İran azərbaycanlılarını birliyə dəvət edən daha bir çağırış


2006-cı ilin iyun ayında Almaniyanın Köln şəhərində əsası qoyulmuş «Güney Azərbaycan Milli Birlik Şurası» (Milli Şura) müxtəlif ölkələrdə yaşayan İran azərbaycanlılarını bir araya gətirmək məqsədilə yeni bəyanat verib.


İyulun 18-də yayılan bəyanat İran Azərbaycanında gedən hadisələr və məntəqənin mürəkkəb şəraitini nəzərə alaraq xaricdəki fəalların fikir paylaşması və vahid bir təşkilat altında birləşməsinin vacibliyini vurğulayır. Beləliklə xaricdəki bütün fəallar şurada iştiraka dəvət edilirlər və onların üzv qəbul edilməsi üçün də xüsusi müraciət formaları təqdim edilir.


İranın Azərbaycan fəallarını birliyə çağıran «Milli Şura» müvəqqəti nizamnaməsini Birləşmiş Millətlər Təşkilatının qanunları əsasında qurduğunu bildirir və əsasnamənin ümumi forması ilə razılaşan fəallardan xahiş edir ki, Müvəqqəti Təşkilat Komitəsinə qoşularaq fəaliyyəti gücləndirsinlər. Şura bu prosesin demokratik qayıdar əsasında aparılacağını bildirir.


Xaricdəki Azərbaycan fəallarını bir araya gətirmək məqsədilə bundan əvvəl atılan addımların çoxunun səmərəsiz qaldığını nəzərə alaraq, bu son tədbirin təşəbbüskarları təklif edirlər ki, ixtilafları ortadan qaldırmaq üçün ilk əvvəl həmin fərqli fikirlər müzakirəyə çıxarılsın.


Günün bütün mövzuları

XS
SM
MD
LG