Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:34

Gürcüstan qaza tələbatını bütünlükdə Azərbaycanın hesabına ödəmək istəyir


2007-ci ildə Azərbaycan Gürcüstana hələlik 106 mln. kubmetr qaz ixrac edib

2007-ci ildə Azərbaycan Gürcüstana hələlik 106 mln. kubmetr qaz ixrac edib

2008-ci ildə Gürcüstan özünün qaz tələbatını bütünlükdə Azərbaycanın hesabına ödəmək istəyir. Bunu Gürcüstanın energetika naziri Nika Gilauri iyunun 19-da jurnalistlərə deyib. Nazirin sözlərinə görə, bu məqsədlə Gürcüstan Azərbaycandan 2 milyard kubmetr qaz almaq niyyətindədir.


«Azəriqaz»dan verilən məlumata görə, müqavilə əsasında Gürcüstana yalnız may ayında 40-45 mln. kub metr həcmində 1000 kubmetri 120 dollara olmaqla çatdırılıb.


2007-ci il yanvarın 1-dən martın 31-dək Azərbaycan Gürcüstana eyni qiymətə 106 mln. kubmetr qaz ixrac edib.


«Azəriqaz» rəsmiləri deyirlər ki, Gürcüstana qaz ixracı bu xammalın «artıqlığı» sayəsində mümkün olub. Hazırda «Azəriqaz»a hər ay 25 mln. kubmetrə yaxın qaz, o cümlədən 7 mln. kubmetr «Azəri, Çıraq, Günəşli», 5 mln. kubmetr isə «Şahdəniz» yataqlarından daxil olur.


May ayında «Azəriqaz»ın anbarına 170 mln. kubmetr qaz vurulub. Yeraltı qaz anbarlarında keçən ildən daha 350 mln. kubmetr qaz ehtiyatı qalıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG