Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:44

İran istehsallı olan elektrik sobaları satışdan yığışdırıla bilər


İran sobalarının texniki standartlara cavab vermədiyi deyilir

İran sobalarının texniki standartlara cavab vermədiyi deyilir

İqtisadi İnkişaf Nazirliyinin İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti bu günlərdə Binə və digər yarmarkalarda İrandan gətirilmiş elektrik sobalarıyla bağlı reyd aparacaq.


Xidmətin rəhbəri Xaliq Məmmədov bu reydi elektrik sobalarının təhlükəsizlik qaydalarına uyğun gəlməməsiylə əsaslandırıb. Reyd təhlükəsizlik orqanlarıyla birgə aparılacaq. Gözlənilir ki, İran istehsallı olan elektrik sobaları satışdan yığışdırılsın.


Uşaq geyimləri və uşaq oyuncaqlarının keyfiyyətini araşdırmaq məqsədilə də monitorinq başlayacaq.


Xaliq Məmmədov «Azadlıq» radiosuna bildirib ki, sentyabr ayında kolbasa məmulatlarının laboratoriya analizi planlaşdırılır. Standartlara uyğun gəlməyən kolbasa istehsal edən firmaların adlarını ictimaiyyətə açıqlanacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG