Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:02

İpoteka kreditləşməsinin şərtləri sərtləşdirilə bilər


Azərbaycan Milli Bankı (AMB) Azərbaycan İpoteka Fondunun standartları ilə verilən ipoteka kreditləri üzrə ilkin ödəniş səviyyəsi və illik faiz dərəcəsini artırmağı planlaşdırır.


AMB-nin idarə heyətinin sədri Elman Rüstəmov bildirib ki, müvafiq qərarın 2007-ci ilin yekunları üzrə qəbul olunması gözlənilir.


Onun sözlərinə görə, gələcəkdə dövlət sadə ipotekanın maliyyələşdirilməsindən tam imtina edə və yalnız sosial (güzəştli) ipotekanı subsidiyalaşdıra bilər. Hələliksə, büdcə maliyyələşdirməsinin gecikməsi ilə əlaqədar keçən həftənin sonunda dayandırılmış mərkəzi ipoteka kreditləşməsi mexanizmi yaxın aylarda bərpa edilə bilər.


Bu vaxta kimi hər iki ipoteka növü üzrə mindən çox şəxsə kredit verilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG