Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:44

Sammitin əsas mövzularından biri «Odessa-Brodı» layihəsidir


Natiq Əliyev «Odessa-Brodı»nın «Azəri-Çıraq-Günəşli»dən çıxan neftə hesablanmadığını deyir

Natiq Əliyev «Odessa-Brodı»nın «Azəri-Çıraq-Günəşli»dən çıxan neftə hesablanmadığını deyir

GUAM dövlət başçılarının sammitinin əsas mövzularından biri-«Odessa-Brodı» enerji layihəsidir. Bu sözləri «Turan»a Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev bildirib.


Nazirin sözlərinə görə, bu layihənin reallaşdırılmasında yalnız GUAM ölkələri yox, həm də Litva, Polşa və digər Avropa və Asiya ölkələri maraqlıdırlar. Məhz onların iştirakı ilə Xəzər regionundan enerji resurslarının Avropaya çatdırılmasına dair mövcud layihələr nəzərdən keçiriləcək.


Daha bir neft kəmərinin açılması üçün Azərbaycanın kifayət qədər neft və qazı varmı sualına cavabında, Natiq Əliyev «Odessa-Brodı»nın «Azəri-Çıraq-Günəşli» yatağından çıxan neftə hesablanmadığını bildirib.


«Bu neft kəməri gələcəkdə Qazaxıstan yataqlarından və regionda açılacaq yeni yataqlardan neftin nəql edilməsində istifadə oluna bilər. İndiki zamanda bu layihə siyasi dəstəyə malikdir, lakin onun işləməsi üçün iqtisadi əsaslandırma və faydalılıq lazımdır. Məhz bununla biz indi məşğul oluruq».


Günün bütün mövzuları

XS
SM
MD
LG