Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:04

Bakıda polis gücləndirilmiş iş rejiminə keçib


GUAM dövlət başçılarının zirvə toplantısı ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejiminə keçib. ANS xəbər verir ki, iyunun 18-də xarici qonaqların qaldığı otel və tədbirlərin keçirildiyi ərazilərə bitişik yollarda bütün avtomobillərin hərəkəti məhdudlaşdırılıb.


Aeroport yolu, Neftçilər, İzmir, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Tiflis prospektləri, Azneft meydanı və bir sıra küçələrdə avtomobillərdən az istifadə olunması və nəqliyyat vasitələrinin saxlanılmaması tövsiyə olunur.


İyunun 18-19-da bütün yük avtomobillərinin hərəkətinə qadağa qoyulub.


Günün bütün mövzuları

XS
SM
MD
LG