Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:27

GUAM-ın sülhməramlı qüvvələri yaradıla bilər


Gürcü sülhməramlıları İraqa yola düşürlər, 7 oktyabr 2006
Gürcü sülhməramlıları İraqa yola düşürlər, 7 oktyabr 2006

GUAM ölkələrinin xarici işlər nazirləri iyunun 18-də demokratik cəmiyyətin qurulması, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Gürcüstanın xarici işlər naziri Giya Bejuaşvili sülhməramlı qüvvələrin yaradılması ilə bağlı anlaşma əldə olunduğunu da deyib.


«Biz bu sahədə əməkdaşlıqla bağlı razılığa gəlmişik. Məqsədimiz budur ki, GUAM gələcəkdə öz heyəti ilə sülhməramlı əməliyyatlarda iştirak edə bilsin. Söhbət təkcə hərbi yox, polis heyətinin yaradılmasından gedir. Bu vacib məsələdir. Bununla bağlı lazımi qurumlara göstəriş vermişik, ümumi strategiya hazırlanmalıdır».


Nazirlərin iyunun 18-dəki görüşündə həmçinin nəqliyyat sahəsində, habelə ümumi daşımalar, mədəniyyət sahəsində əməkdaşlıq məsələləri, prezidentlərin imzalayacağı Bakı Bəyannaməsinin, nüvə və radiasiya sahəsində təhlükəsizliklə bağlı sazişin mətni müzakirə edilib. Eyni zamanda, 2007-2008-ci illərdə, Azərbaycanın quruma sədrlik edəcəyi dövrdə tədbirlər planı da təsdiqlənib. Eləcə də, GUAM-ABŞ, GUAM-Yaponiya formatında görüşlər keçirilib, ikitərəfli əməkdaşlıq imkanları və bəzi layihələr araşdırılıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG