Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:53

Bax, Bethoven, Şopen Lənkəranda


Qafqazda Tbilisidən sonra ikinci musiqili fontan Gəncədə quraşdırılıb
Qafqazda Tbilisidən sonra ikinci musiqili fontan Gəncədə quraşdırılıb

Cənub bölgəsində ilk musiqili fontan Lənkəranda quraşdırılıb.


İtaliya və çinli mütəxəssislərin quraşdırdığı fontan dünya standartlarına tam cavab verir. Fəvvarədə suyun hündürlüyü 20 metrdən artıqdır. Dövlət əhəmiyyətli filmlərin xronikası, sosial yönümlü reklamlar kompyuter versiyası ilə hərəkətə gətirilən kino-proyeksiya vasitəsi ilə nümayiş etdirilir.


Heydər Əliyev adına Lənkəran şəhər Mərkəzi Meydanında qurulan musiqili fəvvarədə Azərbaycan xalq musiqisinin ən gözəl inciləri təqdim olunur.


Klassik və simfonik musiqi həvəskarları da yaddan çıxarılmayıb. Bundan sonra şəhər sakinləri istirahət saatlarında dahi Üzeyir Hacıbəyovun, Baxın, Bethovenin, Şopen və digər tanınmış bəstəkarların musiqi əsərlərini video gürüntülərlə izləyə biləcəklər.


Mənbə: ANS TV


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG