Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:26

Nardaranda Qəbələ RLS-in bağlanmasını tələb edirlər


2002-ci ildən bəri qəsəbədə mütəmadi etiraz aksiyaları keçirilir
2002-ci ildən bəri qəsəbədə mütəmadi etiraz aksiyaları keçirilir

İyunun 16-da Bakıda Nardaran qəsəbəsinin bir qrup sakini qəsəbədəki İmamhüseyn meydanında mitinq keçirib.


Aksiyada çıxış edən ağsaqqallar İraqda şiə məscidlərinin partladılmasına etiraz etdiklərini deyiblər. Onlar həmçinin, Qəbələ Radiolokasiya Stansiyasından Amerikanın da istifadə etməsinə dair Rusiya prezidentinin təklifinə etirazlarını bildiriblər. Nardaran ağsaqqalları deyiblər ki, nəinki ABŞ Qəbələ RLS-dən istifadə etməməli, ümumiyyətlə, bu stansiya Azərbaycan ərazisindən yığışdırılmalıdır.


Mitinqdə Azərbaycan iqtidarından tələb olunub ki, jurnalistlərə və mətbuata təzyiqlər dayandırılsın.


Mitinqin sonunda iştirakçılar ABŞ, Böyük Britaniya və İsrailin bayraqlarını yandırıblar.


Nardaran qəsəbəsi Bakıda dini həssaslığı ilə seçilir. 2002-ci ildən bəri bu qəsəbədə mütəmadi etiraz aksiyaları keçirilir, bir neçə dəfə polislə toqquşmada tələfat da olub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG