Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:19

Azərbaycan «Volqa-Don» layihəsində iştirak edə bilər


Azərbaycan Qara dənizə çıxmaq üçün Volqa-Don kanalından istifadə edir

Azərbaycan Qara dənizə çıxmaq üçün Volqa-Don kanalından istifadə edir

Rusiya Baş nazirinin birinci müavini Sergey İvanov hesab edir ki, «Volqa-Don» kanalının ikinci xəttinin tikintisində Azərbaycan, Qazaxıstan və Türkmənistan da iştirak edə bilər.

Bu barədə «RİA Novosti» xəbər verir.


«Konsessiya ideyası bizim tərəfdaşlarımız üçün cəlbedicidir», - deyən İvanov bildirir:


«Azərbaycan, Qazaxıstan və Türkmənistan konsessiyaya daxil olduqları təqdirdə, mahiyyətcə, dəniz dövlətləri olacaqlar».


İvanov qeyd edib ki, bu layihə böyük vəsaitlər tələb edir: «Aydındır ki, federal büdcə heç vaxt onu 100% həcmində maliyyələşdirməyəcək».


Onun fikrincə, bu layihədə özəl kapital, özü də xarici özəl kapital iştirak etməlidir.


Azərbaycan Qara dənizə çıxmaq üçün Volqa-Don kanalından istifadə edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG