Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:38

«24 Saat» qəzeti Müdafiə Nazirliyinin iddiası ilə 10 min manat cərimə olunub


İyunun 15-də Nərimanov rayon Məhkəməsi «24 Saat» qəzetini 10 min manat məbləğində cərimə edib. Məlumatı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu yayıb.


Qəzet böhtan və təhqirdə təqsirli bilinib, Müdafiə Nazirliyinin iddiası ilə cərimələnib. Nazirlik qəzetin 100 min manat cərimələnməsini tələb edirdi.


İddiaya səbəb 2007-ci il 11 may tarixli məqalə olub. Məqalədə deyilirdi ki, hərbi hissələrdə əsgərlərə «Ayşa» firmasının gətirdiyi zebr əti yedirirlər. Bundan başqa, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri bu əti dönər satıcılarına satırlar.


XS
SM
MD
LG