Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:27

«Baku International Jazz Festival»ı başa çatıb


Festivalın təşkilatçılarının hazırladığı ən böyük sürpriz Əzizə Mustafazadənin çıxışı olub

Festivalın təşkilatçılarının hazırladığı ən böyük sürpriz Əzizə Mustafazadənin çıxışı olub

«Baku International Jazz Festival»ın sonuncu konserti iyunun 14-də Yaşıl Teatrda oldu. Beləliklə, bir həftə ərzində Azərbaycanın mədəni həyatında hadisə kimi qiymətləndirilən festival başa çatdı.


Ənənəvi olaraq keçirilən tədbir iyunun 7-də başlamışdı. Əvvəlki festivallardakı kimi, bu tədbirdə də birinci dərəcəli beynəlxalq caz ustaları iştirak ediblər. İldən ilə Festivalın səviyyəsi artır-bu barədə ən azı iştirakçılarının siyahısı xəbər verirdi. İlk dəfə olaraq Festivalın iştirakçıları sırasında 11 xaricdən gələn kollektiv iştirak edib.


Konsertlər Opera və Balet Teatrı, Bakı Caz Mərkəzi, Filarmoniya və Yaşıl Teatrın səhnələrində keçirilib.


Festivalın təşkilatçılarının bakılılar üçün hazırladığı ən böyük sürpriz Opera və Balet Teatrında vokalçı Əzizə Mustafazadənin çıxışı olub.


Festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG