Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:35

İran Azərbaycanında həbs edilən fəalların vəziyyəti ağırdır


Fəalların bəzilərinin Urmiyə həbsxanasında narkomanlarla bir yerdə saxlanıldığını bildirilir
Fəalların bəzilərinin Urmiyə həbsxanasında narkomanlarla bir yerdə saxlanıldığını bildirilir

«Urmu News» xəbər saytının verdiyi son məlumata əsasən Sulduz (Nəqədə) şəhərində yoxa çıxanlar arasında 40 yaşlı taksi sürücüsü Əmir Fərahani nümayişlər haqda elanlar yaymaq və pantürkizm ittihamı ilə həbsdədir.


Nəzarət altına alınan Urmiyə Universiteti tələbələrindən Hüseyn Hüseynzadə, İrəc Xudayi və Səid Nəsiri on-milyon tümən (11 min dollar) məbləğində ağır zəmanət şərti ilə azad edilsə də tutulan başqa fəal tələbələr hələ həbsdə saxlanılır.


«Urmu News» faktiki mənbələrə əsaslanaraq hazırda ETTELAAT-ın Urmiyə təcridxanasında saxlanılan Əkbər Paşayi və Mehdi Hacməhəmmədinin ağır işgəncələrə məruz qaldığını bildirir.


Eyni zamanda Urmiyənin cənubunda yerləşən Qoşaçay (Miyandab) şəhərində bir neçə məhbusun aclıq aksiyası elan etdiyi bildirilir.


«Media Forum» xəbər saytı Qoşaçayda həbs edilən Behbud Quluzadə və başqa milli fəalların nəzarət altına alındıqdan 16 gün sonra aclıq aksiyasına başladığı və bu günə qədər buna davam etdirdiyini bildirir.


«Urmu News» isə Qoşaçayda tutulan fəalların bir neçəsinin Urmiyə həbsxanasına aparıldığı narkomanlarla bir yerdə saxlanıldığını bildirir.


Eyni zamanda ötən «21 Azər» mərasimi zamanı həbs edilən və Urmiyə həbsxanasında saxlanılan Elyaz Yekanlının xəstəxanaya aparıldığı bildirilir. Onun işgəncə altında fiziki və zehni xəsarətlərə məruz qaldığı güman edilir. Dəfələrlə həbs edilən bu fəal bu yaxınlarda yazdığı açıq məktubla beynəlxalq insan hüquqları təşkilatlarına müraciət etmişdi.


XS
SM
MD
LG