Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:31

«AZAL» reyslərinin sayını artıracaq


Yay mövsümüylə əlaqədar «AZAL» Dövlət Konserni bir neçə ölkəyə təyyarə reyslərinin sayını artıracaq. Konsernin sözçüsü Məhərrəm Cəfərlinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, iyunun 19-dan Antalyaya reyslər açılacaq.


İyulun 1-dən isə Minvoda hər gün, Təl-Əvivə isə həftədə iki dəfə üçmaq mümkün olacaq. Məhərrəm Cəfərli deyir ki, mayın 28-dən Rusiyanın paytaxtı Moskvaya gündəlik reyslərin sayı üçə çatdırılıb, avqustdan isə bu, dörd olacaq.


Cənab Səfərli bildirir ki, sentyabrda Türkiyənin Kars hava limanı beynəlxalq status alandan sonra «AZAL» qonşu ölkənin bu vilayətinə də təyyarə reysləri açmağı planlaşdırır.


Günün bütün mövzuları

XS
SM
MD
LG