Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:21

Sığınacaq istəyən jurnalistlərin sayının artması narahatlıq doğurur


«Beynəlxalq birlik mətbuat azadlığı mövzusunu nəhayət qəti olaraq qaldırmalıdır»
«Beynəlxalq birlik mətbuat azadlığı mövzusunu nəhayət qəti olaraq qaldırmalıdır»

«Sərhədsiz reportyorlar» xarici ölkələrin Bakıdakı səfirliklərindən siyasi sığınacaq istəyən jurnalistlərin sayının artmasından narahatlıq keçirir. «Turan» xəbər verir ki, təşkilat bu cür jurnalistlərin sayının 24-ə çatdığı bildirir.


Jurnalistlər qəzetlərinin bağlanması və «Realnıy Azerbaydjan» qəzetinin redaktoru Eynulla Fətullayevin həbs edilməsilə əlaqədar sığınacaq axtarırlar.


«Bütün bunlar müstəqil və müxalif jurnalistlərin dəstəklə bağlı çoxsaylı müraciətlərinə və xahişlərinə baxmayaraq, artıq uzun illər Azərbaycanda üzləşdikləri çətinliklərin dərəcəsini nümayiş etdirir. Beynəlxalq birlik Azərbaycanda mətbuat azadlığı mövzusunu nəhayət qəti olaraq qaldırmalıdır».


Son məlumatlara görə, jurnalistlər onlara sığınacaq verilməsi haqqında müraciətlərinə hələlik rəsmi cavab almayıblar. Bir neçə gün əvvəl onlardan bəziləri Bakıda diplomatik nümayəndəlikləri olmayan səfirliklərə ərizə ilə müraciət etmək üçün Moskvaya, Kiyevə və Tbilisiyə gediblər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG