Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:38

Jurnalistlərin icazəsiz aksiyası qarşıdurma yaratdı


İyunun 14-də saat 2-də bir qrup jurnalist Sabir bağında icazəsiz piket keçirib
İyunun 14-də saat 2-də bir qrup jurnalist Sabir bağında icazəsiz piket keçirib

İyunun 14-də saat 2-də bir qrup jurnalist Sabir bağında icazəsiz piket keçirdi. Aksiya razılaşdırılmadığından və tədbirin yeri ilə bağlı əvvəlcədən heç nə deyilmədiyindən ərazidə polis yox idi. «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, aksiyanın tələbələri dəyişməz qalır, yəni onlar azad mətbuata qarşı təzyiqlərin dayandırılmasını və həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edirlər. Bir neçə dəqiqə sonra piketin keçirildiyi yerə polislər gəldi. Onlar aksiya iştirakçılarının əllərindən plakatları almağa başladılar. Piketin təşkilatçılarından «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu və daha iki jurnalisti polis maşınına doğru apardılar. Bu zaman polislə jurnalistlər arasında gərginlik yaşandı, juranlistlər polis təzyiqi ilə üzləşdi.


Sonra «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu və daha iki jurnalist polis maşınına minldirilərək aparıldı. Sonradan onlar sərbəst buraxılıblar.







AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG