Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:19

Azərbaycanda yeni turizm mövsümü açılır


Hazırda Azərbaycanda 300-ə yaxın mehmanxana və ona bərabər tutulan obyekt var

Hazırda Azərbaycanda 300-ə yaxın mehmanxana və ona bərabər tutulan obyekt var

İyunun 14-də Azərbaycanda turizm mövsümünün rəsmi açılış mərasimi keçiriləcək. Bakının Novxanı qəsəbəsində baş tutacaq tədbirə turizm şirkətlərinin və otellərin təmsilçiləri qatılacaq.


Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat Xidmətindən İntiqam Hümbətovun verdiyi məlumata görə mərasimdə bəzi otellərə ulduzlar veriləcək.


Daxili turizmdə qiymətlər məsələsinə gəldikdə isə Turizm Baş İdarəsinin məsul işçisi Mahir Qəhrəmanov nazirliyin bu məsələyə müdaxilə imkanları yoxdur: «Qiymətlər bazar iqtisadiyyatı ilə tənzimlənir. Dövlət bu sahədə rəqabəti artırmaqla qiymətə təsir etməyə çalışır».


Hazırda Azərbaycanda 300-ə yaxın mehmanxana və ona bərabər tutulan obyekt var. Onlardan bir çoxu müasir dünya standartlarına cavab verən və «ulduz» alan otellərdir. Bunlar arasında sertifikatlaşdırma nəticəsində «Exselsior» 5+, «Hyatt Regency», «Hyatt Park», «Qrand Hotel Europe», «İSR Plaza» 5 ulduz alıb. Qalan otellərə 4, 3, 3+ və 2 ulduz verilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG