Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

Ölkədə qan ehtiyatlarının az olduğu deyilir


Bu gün-iyununun 14-ü Beynəlxalq Donorçuluq Günüdür

Bu gün-iyununun 14-ü Beynəlxalq Donorçuluq Günüdür

Azərbaycanda qan ehtiyatları çox azdır. Səbəb isə donorçuluğun aşağı səviyyədə olmasıdır. Bunu Respublika Hematologiya İnstitutundan bildirirlər. İnstitutdan verilən məlumata görə, qan və onun komponentlərindən böyrək çatışmazlığı zamanı hemodializ edilməsində, ürəyin koronar şuntlamasında, hemofiliya və talassemiya xəstəliklərinin müalicəsində, cərrahiyyə əməliyyatlarında istifadə olunur. Bu gün Azərbaycanda qan çatışmazlığını xəstələr və yaxınları kəskin hiss edir.


Baxmayaraq ki, ara-sıra qanvermə aksiyaları keçirilir. Bu gün-iyununun 14-də Beynəlxalq Donorçuluq Günündə bir neçə dövlət və qeyri-hökumət təşkilatları da bu aksiyaya qoşulacaq.


Savab Dünyası Təşkilatı ölkədə qanvermə kampaniyaları keçirən humanitar təşkilatlardandır. Təşkilatın sədri Rauf Muradov deyir ki, kampaniyalar keçirilsə də lazım olan qan ehtiyacları ödənmir.


Rəyini soruşduğum paytaxt sakinləri isə deyirlər ki, onlar bir neçə dəfə donor olublar. Donor günündə də həvəslə iştirak edəcəklər.


Azərbaycanda donorluğun inkişafına 2005-ci ildən başlanıb. Bununla bağlı təsdiqlənmiş Dövlət Proqramının 5 il müddətinə başa çatdırılması planlaşdırılır. Səhiyyə Nazirliyindən verilən məlumata görə, 5 ildə həm də donor ehtiyatlarının 3 dəfə artırılması da nəzərdə tutulur.


Günün bütün mövzuları

XS
SM
MD
LG