Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:13

«QHT-lər olmadan insan alveri ilə mübarizədə qələbə çala bilmərik»


«Uşaq və qadın alverinə diqqət yetirilməlidir. Azərbaycanda uşaq və qadınlar ən zəif təbəqədir». ABŞ-ın Hüquqşünaslar Assosiasiyasının rəhbəri Frenke Hespe iyunun 13-də Bakıda insan alveri ilə bağlı seminarda belə deyib. O, həmçinin bildirib ki, QHT-lər də bu işə cəlb olunmalıdır: «QHT-lərin yardımı olmadan insan alverinə qarşı mübarizədə qələbə çala bilmərik».


ABŞ-ın Azərbaycandakı səfir müavini Don Lu isə bildirib ki, hər bir demokratik və azad dövlət insan alverinə qarşı mübarizə aparmalıdır. Diplomat Azərbaycanın insan alverinə qarşı mübarizə aparmaq öhdəliyini bəyan etdiyini, bu yöndə qanun və milli proqram qəbul etdiyini vurğulayıb. O, hökumətin insan alveri qurbanlarına sığınacaq və qanar xətt yaratmasını müsbət addım kimi dəyərləndirib.


İyunun 12-də ABŞ hökuməti insan alverinə dair ənənəvi illik hesabatını açıqlayıb. Sənəddə bildirilir ki, Azərbaycan cinsi istismar və məcburi əmək məqsədilə kişi, qadın və uşaqlar üçün mənbə və tranzitdir.


XS
SM
MD
LG