Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:36

Fərhad Əliyevin məhkəməsi təxirə salınıb


Dövlət əmlakını mənimsəməkdə, rüşvət almaqda ittiham olunan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev, onun qardaşı, «Azpetrol» şirkətinin sabiq prezidenti Rafiq Əliyev və daha 17 nəfərin işi üzrə məhkəmə iyunun 13-də günortayadək davam edib.


Günün birinci yarısında özəlləşdirmə payını almamış 43 nəfər zərərçəkən qismində ifadə verib. Onlar əsasən, keçmiş döyüşçülərin ailələləri, Çernobıl qəzası, Qarabağ müharibəsi və 20 yanvar faciəsinin əlilləri olub.



Günün ikinci yarısında zərərçəkən olmadığından məhkəmə iyunun 14-dək təxirə salınıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG