Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:17

«Jurnalistlər komissarlıqdan sığınacaq istəməyiblər»


BMT-nin Azərbaycandakı Qaçqınlar üzrə Ali Komissarlığından bildirilir ki, jurnalistlər sığınacaq almaq üçün onlara müraciət etməyiblər. Bu üzdən də jurnalistlərin BMT-yə müraciətinə onlar cavab verə bilməzlər. Bu haqda «Azadlıq» radiosuna komissarlığın mətbuat üzrə sözçüsü Sahib Məmmədov məlumat verib.


Bir gün öncə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Pueza demişdi ki, jurnalistlər Qaçqınlar üzrə Ali Komissarlığa müraciət edib və bu işlə komissarlıq məşğul olmalıdır.


Sığınacaq istəyən jurnalistlərdən biri, «Gündəlik Azərbaycan» qəzetinin redaktoru Üzeyir Cəfərov isə hesab edir ki, burda anlaşılmazlıq var. 24 jurnalist ötən həftə Azərbaycanda səfirliyi olmayan ölkələrdən sığınacaq almaq üçün BMT-yə müraciət edib və quruma təqdim olunmuş sənədin nüsxəsini özlərində saxlayırlar, lazım gələrsə müraciəti yenidən təqdim etməyə hazırdırlar.


Cənab Cəfərovun sözlərinə görə, istər beynəlxalq qurumların, istərsə də rəsmi qurumların onların müraciətinə biganə yanaşmasından narazıdırlar və bu günlərdə bununla bağlı bəyanatla çıxış edəcəklər. Bundan başqa, bir qrup jurnalist Azərbaycanda səfirliyi olmayan Kanada, İsveç və Avstriya kimi ölkələrdən sığınacaq almaq üçün iyunun 14-15-də Rusiyaya, Gürcüstana və Ukraynaya getməyi planlaşdırırlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG