Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:21

Azərbaycan millisi FİFA-nın reytinqində altı pillə geriləyib


Polşaya məğlubiyyət və Qazaxstanla heç-heçə millinin siyahıda geriləməsinə səbəb oldu

Polşaya məğlubiyyət və Qazaxstanla heç-heçə millinin siyahıda geriləməsinə səbəb oldu

İyunun 13-də FİFA futbol üzrə milli komandaların növbəti aylıq reytinq siyahısını dərc edib. Azərbaycan millisi ötən ayla müqayisədə altı pillə geriləyərək 109-cu mövqedə qararlaşıb. Yığmanın Avropa Çempionatı 2008-in final mərhələsinə çıxmaq uğrunda mübarizə apardığı qrupdakı rəqiblərindən ən böyük irəliləyiş Ermənistan millisinə məxsusdur – 80-ci yer. Müqayisə üçün deyək ki, bu yığma ötən ay 118-ci yerdə idi. Portuqaliya isə reytinq-cədvəldə bir pillə irəliləyib - altıncı yer. Polşa millisi 18-ci, Serbiya 22-ci, Finlandiya 42-ci, Belçika 71-ci Qazaxstan isə 119-cu yerdədir.


Siyahıya İtaliya millisi rəhbərlik edir. Fransa yığması ikinci, beşqat dünya çempionları Braziliya isə üçüncüdür. Keçmiş post-sovet respublikaları içərisində ən yaxşı nəticə iki pillə geriləməsinə baxmayaraq yenə də Ukrayna millisinə məxsusdur - 13-cü yer. Rusiya komandası isə 24-cü mövqedə qərarlaşıb.


Türkiyə millisi 21-ci pillədədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG