Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:24

«Bəzi bələdiyyələr artıq Dövlət Neft Şirkətinin torpaqlarını satır»


Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov

Bəzi bələdiyyələr artıq qonşu bələdiyyələrin ərazilərini və ya Dövlət Neft Şirkətinin torpaqlarını satmağa başlayıblar. Bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyir.


O, bildirir ki, respublika üzrə fəaliyyət göstərən 2757 bələdiyyənin 52-dən başqa hamısının torpaqlarının hüdudları bəllidir. Ancaq buna baxmayaraq son bir ildə 1000-dən artıq belə qanun pozuntusu baş verib.


«Bunun təxminən 600-ə qədərini komitənin mütəxəssisləri vətəndaşlara izah etməklə aradan qaldırıb. 400-ə yaxanı isə cərimə yolu ilə həll edilib. Bundan dövlət büdcəsinə 12 min manata qədər vəsait daxil olub».


Qərib Məmmədovun sözlərinə görə bələdiyyələrin qeyri-qanuni torpaq satması ilə bağlı 100-ə qədər iş isə artıq hüquq mühafizə orqanlarına verilib və onlar barəsində cinayət işi qaldırılıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG