Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:18

«Bakıda hər ay 200-ə qədər adam zəhərlənir»


«Azərbaycanda satılan spirtli içkilərin yarısı keyfiyyətsizdir»

«Azərbaycanda satılan spirtli içkilərin yarısı keyfiyyətsizdir»

Qeyri-rəsmi məlumatlara görə yalnız Bakıda hər ay 200-ə qədər adam zəhərlənir. «Azadlıq» radiosunun «Xəbər-ətər» verilişinin qonağı olan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov belə deyir.


Yay mövsümünün başlaması ilə əlaqədar olaraq sərinləşdirici içkilərin keyfiyyəti məsələsi yenidən gündəmə gəlib. Eyyub Hüseynov hesab edir ki, bu içkilərin əksəriyyəti istifadə üçün yararlı deyil. «Sərinləşdirici içkilərin 40-50 faizi insan həyatı üçün təhlükəlidir. Bu vaxta kimi zəhərlənməyə səbəb olan konkret hansısa bir malın adı dövlət orqanları tərəfindən çəkilmir. Sadəcə olaraq deyirlər ki, insanlar zəhərlənib». AİB sədri deyir ki, belə olan təqdirdə istehlakçıya kompensasiya verilməlidir.


Cənab Hüseynovun sözlərinə görə, Azərbaycanda satılan spirtli içkilərin yarısı keyfiyyətsizdir, 90 faizinin üzərində isə saxlanma müddəti yazılmır.


Standartlaşdırma, Metrologiya və Patent Agentliyinin məlumatına görə 2006-cı ildə 109 nəfər zəhərlənib. Ekspert bu rəqəmin reallığı əks etdirmədiyi qənaətindədir. Onun fikrincə, məhsula sertifikat verən orqanla əhalinin sağlamlığı keşiyində duran orqanlar ayrı-ayrı fəaliyyət göstərməlidir. Azərbaycanda isə hər iki funksiyanı Səhiyyə Nazirliyi yerinə yetirir ki, bu zəhərlənmənin dəqiq statistikasını müəyyənləşdirməyə imkan vermir.


Günün bütün mövzuları

XS
SM
MD
LG