Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:32

AFFA veteran futbolçu İsgəndər Cavadovu cəzalandırıb


AFFA Nizam-İntizam Komitəsi iyunun 12-də keçirilən iclasında veteran futbolçu İsgəndər Cavadovu cəzalandırıb. Belə ki, Cavadov iki il müddətində AFFA üzvü olan futbol qurumlarında çalışa bilməz.


«Neftçi»nin veteranının cəzalanmasına AFFA prezidenti Ramiz Mirzəyevlə yığmanın baş məşqçisi Şahin Diniyevin ünvanına dedikləri səbəb olub.


Xatırladaq ki, Cavadov yığmanın son oyunlarını təhlil edərkən «Ramiz Mirzəyevlə Şahin Diniyevi süpürüb atmaq lazımdır» ifadəsini işlətmişdi.


XS
SM
MD
LG