Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:01

Əli İnsanovun akademiyaya qarşı iddiasına iyunun 22-də baxılacaq


İyunun 22-də Səbail Rayon Məhkəməsində sabiq Səhiyyə naziri Əli İnsanovun Milli Elmlər Akademiyasına (MEA) qarşı iddiasının hazırlıq iclası keçiriləcək. Prosesə hakim Yusif Kərimov sədrlik edir. Bu barədə Əli İnsanovun vəkili Toğrul Babayev məlumat verib.


Sabiq nazir məhkəmədə iştirakının təmin edilməsini xahiş edib.


Əli İnsanov akademik adının ləğv edilməsinə etiraz edərək MEA-nın mayın 10-da məhkəməyə verib. O, akademik adının alınmasını qeyri-qanuni addım hesab edir.


Əli İnsanov dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və s-də təqsirli bilinərək 11 il müddətində azadlıqdan məhrum edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG