Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:18

«Azərbaycanın demokratik inkişafının bəzi aspektlərindən narahatıq»


«Biz Azərbaycanın müxalifət nümayəndələri və müstəqil jurnalistlərlə əlaqə saxlayırıq»

«Biz Azərbaycanın müxalifət nümayəndələri və müstəqil jurnalistlərlə əlaqə saxlayırıq»

«Biz Azərbaycanın demokratik inkişafının bəzi aspektlərindən narahatıq. Həmin sahələrdə işlər irəliyə doğru bizim arzuladığımız sürtələ getmir». Bu fikirləri «Azadlıq» radiosuna müsahibəsində ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Daniel Frid bildirib.


Amerikalı diplomat Azərbaycanda medianın son durumu ilə bağlı ölkəsinin nə düşündüyü barədə sualı cavablandırıb.


«Biz düşünürük ki, neft-qaz pulları gəldikcə Azərbaycan iqtisadiyyatı inkişaf edir. Amma o da vacibdir ki, cəmiyyətin institutları da müasirləşdirilsin ki, xalq neft və qazdan bəhrələnsin, cəmiyyət çiçəklənsin».


Cənab Frid hər hansı başqa yolu geriyə addım kimi dəyərləndirir. «Azərbaycan bu yollardan birini seçməlidir. Biz ümid edirik ki, Azərbaycan müasirləşmə yolu ilə gedəcək - müasirləşmə isə cəmiyyətdəki institutların, medianın azad olması deməkdir. Həqiqətən də bu sahələrdə problemlər var və biz çalışırıq ki, Azərbaycan hökuməti seçə biləcəyi yol haqda ciddi düşünsün».


Daniel Frid Azərbaycanın müxalifət nümayəndələri və müstəqil jurnalistlərlə əlaqə saxladığını bildirib: «Biz Azərbaycan müxalifəti ilə, müstəqil jurnalistlərlə əlaqə saxlayırıq. Bu işin bir hissəsini mən özüm etmişəm. Bu, bizim Azərbaycanla dialoqumuzun tərkib hissəsinə çevrilib. Şübhəsiz ki, bu bizim həmin məsələlərə baxışlarımızı dolğunlaşdıracaq».


XS
SM
MD
LG